Aktual Tədris Mərkəzi

Aktual Tədris Mərkəzi təhsil və tədris sahəsində ən son standartlara uyğun fəaliyyət göstərən hazırlıq müəssisəsidir

Tədris mərkəzimiz 2021-ci ildən etibarən fəaliyyətə başlamışdır. Əsas məqsədimiz gələcəyimiz olan övladlarımızın müasir tədris mərkəzində həm yüksək səviyyədə təhsil almaları, həm də sosial aktiv bir fərd kimi yetişmələridir. Mərkəzimiz məktəbəqədərdən tutmuş, ibtidai sinif, təkmilləşdirmə, buraxılış, lisey hazırlıqları, abituriyent hazırlıqları, Xarici dil hazırlıqları fəaliyyətlərimiz ilə valideyn və şagirdlərə xidmət göstərəcək.

Dünya və Avropa təcrübəsindən yararlanaraq Azərbaycan təhsilində yüksək nailiyyətlər əldə etmək əsas prioritet məsələlərimizdən biridir.

Tədris mərkəzimizdə sizlər üçün hər bir şərait qurulmuşdur. Bütün dərs otaqları 24 saat ərzində kamera nəzarəti ilə təchiz edilmiş, elektron lövhə quraşdırılmış, dərslərin yüksək keyfiyyətdə keçirilməsi üçün hər bir şərait yaradılmışdır. Həmçinin mərkəzimizdə həkim və psixoloq xidməti, kitabxana, bufet və Wi-Fi sistemi də mövcuddur. Dərsdən sonra dəyərli valideynlərimizi nəzərə alaraq ETÜD ( Ev tapşırıqları üzrə dərs ) dərslərimiz ilə  sizə xidmət etməyə davam edirik. Şagirdlərimiz ev tapşırıqlarını ETÜD zamanı müəllimlərin nəzarəti və köməyi ilə yerinə yetirəcəklər.

Mərkəzimizdə dərs deyən müəllim və idarə kollektivi öz sahəsində peşəkar şəxslərdir.

KOMANDAMIZ

Qırmızı atestatla məzun olmaq aktual ilə mümkündür!

Haqqımızda